Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
21.02.12 20:05

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi (QUPAİB) keçirib. QUPAİB-in sədri Kəmalə Əliyeva Xocalı faciəsinin müasir tariximizdə müstəqilliyimizə qarşı yönəldilmiş terror aktı olduğunu bildirib. Xocalı faciəsinin Azərbaycan xalqının qəlbində sağalmayan iz qoyduğunun vurğulandığı tədbirdə faciənin tarixinə bir daha nəzər salınıb. “Terror və təcavüz Ermənistanın dövlət siyasətinin əsasıdır. Özlərini müasir, sivil və demokrat sayan dövlətlər təəssüf ki, hələ də 20 yaşı tamam olmayan Xocalı soyqırımını tanımaq istəmirlər”-deyə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Vəsilə Mövsümova bildirib ki, bu tarixi biz yalnız 26 fevralda deyil, Xocalının, Şuşanın, Laçının və digər işğal olunan torpaqlarımız azad olunmasına qədər hər bir günümüz o tarixlərin anım günü kimi qeyd olunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-5867.html