Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
20.02.12 20:05

Meksikada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Elmar Məmmədyarovdan öncə çıxış edən Meksikanın xarici işlər naziri Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakının bu ölkələrin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib. Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycanın etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib. Elmar Məmmədyarov öz çıxışında davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq, Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb. Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən Elmar Məmmədyarov, Azərbaycanın davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını bildirib. Elmar Məmmədyarov Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək, bununla da gələcək nəsillərin güclü iqtisadiyyata və sosial siyasətə malik olan qüdrətli dövlət qurmalarının mümkün olacağını qeyd edib. O, İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsinin də ölkəmizdə əsas inkişaf edən istiqamət olduğunu bildirib. Gender bərabərliyi məsələsinə toxunan Elmar Məmmədyarov cəmiyyətdə qadının mühüm rolundan bəhs edib və xüsusən də inkişaf etməkdə olan ölkələrdə bu məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Təhlükəsizlik məsələlərinə toxunan Elmar Məmmədyarov, bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edərək, BMT TŞ-nin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycanın bu qətnamələrin tətbiq mexanizminin olmaması kimi xoşagəlməz təcrübəsinin olduğunu xatırladıb. BMT TŞ-nın öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək, qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb. Nazir BMT-nin universal bir təşkilat kimi əhəmiyyətinin azaldılmasında maraqlı olmadığımızı qeyd edərək, BMT-nin qəbul edilmiş qərarlarının icrasının təmin olunması üçün daha təsirli səlahiyyətlərə malik olmasının vacibliyini vurğulayıb. Elmar Məmmədyarov bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-5866.html