Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur
22.02.12 02:05

“İran bilir ki, Azərbaycana xaricdən hərbi müdaxilə edən deyil. Ona görə də bu ölkə Azərbaycanı daxildən partlatmaq istəyir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Politoloq qeyd edir ki, İran Azərbaycanda himayə etdiyi şəxslər, qruplar və dairələr vasitəsilə öz məqsədlərinə çatmağa çalışır. “Doğrudur, bir vaxtlar Azərbaycanda məcburi köçkünlərlə bağlı humanitar faciə yaşananda İran bizə yardımlar etdi. Lakin yardımlarla yanaşı, İran Azərbaycana öz adamlarını yeridərək aktiv dini təbliğat aparmağa da başladı və nəticə də göz qabağındadır”-deyə V.Quluzadə vurğulayıb. Ekspert deyir ki, məhz buna görə də İran Azərbaycanda o vaxtdan bəri müxtəlif, öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur. “Bu gün Azərbaycan öz maraqlarını qorumalı, ölkənin daxili işlərinə qarışmağa kimsəyə imkan verməməlidir. Ölkənin müvafiq dövlət strukturların İrandakı müəyyən və məlum dairələrin Azərbaycandakı siyasi, dini və ideoloji proseslərə qarışmalarının qarşısını sərtliklə almalı, ölkədəki bir qrup şəxs və strukturların başqa dövlətin təbliğatı ilə məşğul olmalarını dayandırmalıdır. Necə ki, haqlı olaraq bunu edir”-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5864.html