Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Moskva Patriarxlığının rəsmisi Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb
14.01.10 02:52

Bu gün Moskva Patriarxlığının Ermənistanda 3 kilsəsi var. Onlardan biri İrəvanda, digəri Rusiya hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir. Bu barədə açıqlamanı Moskva Patriarxlığının Xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini, iyeromonax Filipp (Ryabıx) keçirdiyi mətbuat konfransında söyləyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana mart ayında nəzərdə tutulan səfəri barədə danışarkən deyib. Qeyd edək ki, bu açıqlaması ilə Moskva Patriarxlığının rəsmisi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb.
URL / WWW
http://kelam.az/article/a-586.html