Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Minsk Qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi olmalıdır”
18.02.12 15:48

“Artıq 20 ildir ki, çözülə bilməyən Dağlıq Qarabağ münaqişəsinin səbəbkarlarından biri elə ATƏT-in Minsk qrupudur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, ötən dövr ərzində həm dövlət rəhbərliyi səviyyəsində, həm də parlament müstəvisində bu qrupun ünvanına fəaliyyət sarıdan çox ciddi tənqidlər, ittihamlar olub. “Bəllidir ki, Azərbaycan o dövrdə çalışırdı ki, bu məsələ beynəlxalq müstəviyə çıxsın ki, bunun beynəlmiləlləşdirilməsi fonunda problemin həlli reallaşsın. Lakin aydın oldu ki, ATƏT-in Minsk qrupunun özü elə Dağlıq Qarabağ probleminin yaradıcısıdır. Faktiki olaraq onların arasında olan güc nisbəti vəziyyətindən Qarabağ problemi asılı bir duruma düşüb” - deyə Z.Oruc vurğulayıb.Millət vəkili deyir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən bir hüquqi müstəvi olmalıdır. “Günün birində biz özümüz siyasəti müəyyənləşdirmək istəsək, hansısa dövlətlərin Senatlarından qərarlar gözləmədən özümüz addım atmaq istəsək, bu yöndə bunun hüquqi müstəvisi necə olacaq? Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən bir hüquqi müstəvi olmalıdır. Belə bir qanun aktı yoxdur. Bunun reallaşması artıq zərurətə çevrilib” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5857.html