Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ali Məhkəmənin növbəti Plenumu olub
18.02.12 15:48

Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu olub. “KƏLAMİNFO” xəbər verir ki, Ali Məhkəmənin sədri R.Rzayev Plenumun iclasında bildirib ki, 2011-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ən mühüm hadisələrdəndir. R.Rzayev qeyd edib ki, ötən ildə Azərbaycan prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ali Məhkəmənin fəaliyyətinin hüququ və informasiya təminatı gücləndirilib, aparatda yeni texnologiyalar tətbiq edilib, hakimlərin maddi təminatı yaxşılaşdırılıb, maddi–texniki baza möhkəmləndirilib. Əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi də xeyli yüksəlib. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr aparılıb.Qeyd edilib ki, Ali Məhkəmənin bütün kollegiyalarında – mülki, inzibati–iqtisadi, cinayət və hərbi kollegiyalarında ötən il ərzində baxılmış işlərin sayı 2010-cu ilin müvafiq dövri ilə müqayisədə artıb. Bu artım mülki kollegiyada 2,5 faiz, inzibati-iqtisadi kollegiyada 25,5 faiz, cinayət kollegiyasında 26,6 faiz, hərbi kollegiyada 16,3 faiz təşkil edib. Ali Məhkəməyə daxil olmuş işlərin sayı 8,1 faiz artıb. Bildirilib ki, Ali Məhkəmənin Plenumunun 2011-ci ildə 6 iclası keçirilib, 31 qərar çıxarılıb. Plenumda Ali Məhkəmənin 2012-ci ilin birinci yarısına dair iş planı təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-5854.html