Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: Belə halın baş verməsi Azərbaycan və İran arasındakı ənənəvi qonşuluq münasibətlərinə kölgə sala bilər
17.02.12 15:30

“Azərbaycan İranla münasibətlərdə yaxın qonşuluq prinsipini üstün tutur. Bu daim bizim diqqət mərkəzimizdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, İranın Azərbaycana qarşı nota səsləndirməsi üçün əsaslar mövcud deyil. “Azərbaycan və İran arasında qonşuluq münasibətlərinin üzərinə kölgə salacaq hansısa bir addım atılmamalıdır. Belə halın baş verməsi Azərbaycan və İran arasındakı ənənəvi qonşuluq münasibətlərinə kölgə sala bilər”-deyə Ə.Əhmədov bildirib. O həmçinin bildirib ki, Azərbaycanın terrora qarşı münasibəti ondan ibarətdir ki, kimin tərəfindən keçirilməsindən asılı olmayaraq istənilən terror aktı pislənilir. “Azərbaycan özü terrora məruz qalmış bir ölkədir”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5852.html