Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “İranın rəsmi orqanları diqqətli olmalıdırlar”
17.02.12 15:30

“İran tərəfindən Azərbaycanla münasibətlərə ziyan vuracaq hərəkətləri İranın bir sıra din xadimləri və bəzi dairələri edir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, Azərbaycan qonşu dövlətlərlə, hətta bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərlə də beynəlxalq hüquq prinsiplərinə uyğun davranır. “Diplomatik normaları hər zaman gözlədiyimizi nəzərə alaraq, biz münasibətimizi elə bu qaydada da bildirəcəyik və mövqeyimizi ifadə edəcəyik. İranın bəzi dairələri, o cümlədən rəsmi orqanlar Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsinə uyğun fikirlərin səsləndirilməsinə çalışmalıdırlar və bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Ona görə ki, münasibətlərin qurulması uzun vaxt çəkir, illər, onillər tələb edir. Lakin indi bu münasibətləri bir andaca yox etmək olar. İranın indi özünün düşdüyü vəziyyət onu vadar etməlidir ki, qonşu dövlətlərlə, xüsusən ona dostluq, qardaşlıq münasibəti göstərən Azərbaycanla münasibətlərdə bu məsələləri nəzərə alsın. Əks halda biz bunu, yumşaq şəkildə desək, çox böyük təəssüf hissi ilə qarşılayırıq” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5851.html