Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əliməmməd Nuriyev: “İctimai Komitə cəzaçəkmə müəssisələrində məhkumların hüquqlarının qorunmasına diqqət yetirib”
17.02.12 15:30

“Respublikamızda həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları çərçivəsində penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə əməli tədbirlər həyata keçirilir, bu sahədə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri “Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin 2011-ci il ərzindəki fəaliyyətinə dair yekun hesabat” ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Dəyirmi masada Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib. İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, İctimai Komitə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bütövlükdə 280-dən artıq baş çəkmələr etmiş, məhkumların hüquqlarının daha da etibarlı qorunmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların islah edilməsinə və digər məsələlərə diqqət yetirib. Onun sözlərinə görə, baş çəkmələrin nəticələri üzrə Ədliyyə Nazirliyinə hesabatlar təqdim olunub, nazirlik tərəfindən Komitənin tövsiyələri dərindən təhlil olunaraq, bu sahədə həlli vacib olan məsələlər üzrə zəruri tədbirlər görülüb, ictimaiyyətə açıqlamalar verilib. Tədbirdə Komitənin fəaliyyəti barədə məlumat dinlənilib, azadlıqdan mərhumetmə yerlərinə baş çəkmələr zamanı məhkumlarla çoxsaylı görüşlərin keçirildiyi, 360-dək məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardımın göstərildiyi, maarifləndirici və mədəni tədbirlərin təşkil olunduğu, monitorinq prosesinə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələrinin cəlb olunduğu bildirilib. Qeyd edək ki, qurumun 5-ci tərkibinin səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən müvafiq qaydalara uyğun olaraq İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirərək qurumun yeni tərkibinin formalaşdırılmasını nəzərdə tutur.
URL / WWW
http://kelam.az/article/a-5850.html