Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Siyavuş Novruzov: Yeni qurum bütün silahlı qüvvələrdə kadrların hazırlanması ilə məşğul olacaq
17.02.12 15:30

Yeni yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumunun deyil, Azərbaycanda olan bütün silahlı qüvvələrdə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.O qeyd edib ki, sözügedən qurum hərbi xidmətə yararlı insanları müəyyənləşdirib, müvafiq komissiyalardan keçirdikdən sonra hər bir hərbi qurumun verdiyi sifariş əsasında ora göndərəcək. Onun sözlərinə görə, çağırış qanun əsasında əvvəlki qaydada aparılacaq. S.Novruzov Müdafiə Nazirliyinin tərkibində olan səfərbərlik idarəsinin ləğv olunmayaraq qurumun daxilində olan məsələlərlə məşğul olacağını qeyd edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün insanların qeydiyyatdan keçməsi, təkrar təlim keçməsini təşkil etməlidir. Xidmət insanlarla yanaşı, hərbi sahəyə aid olan bütün hər şeyin qeydiyyatını aparılmalıdır. Eyni zamanda, qlobal hadisə baş verəndə insanların haraya evakuasiya olunacağını müəyyənləşdirməlidir”.
URL / WWW
http://kelam.az/article/a-5848.html