Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hərbiyə aid 8-ə yaxın qanun üzərində iş aparılır
17.02.12 20:30

Azərbaycanda hazırda hərbiyə aid 8-ə yaxın qanun üzərində iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib. O qeyd edib ki, qanunlar Hərbi Doktrinaya uyğun hazırlanır. “Bunlar arasında eləsi var ki, mövcud qanun olaraq ona əlavə və dəyişikliklər hazırlanır. Hərbi Doktrinada istiqamətlər göstərilib və həmin istiqamətlərə uyğun olaraq qanunlar qəbul olunacaq. Bununla bağlı Prezident Administrasiyası ilə paralel olaraq işlər və məsləhətləşmələr aparılır” - deyə S.Novruzov vurğulayıb. Onun sözlərinə görə, üzərində işlər aparılan sənədlər arasında Strateji Müdafiə İcmalı, Dəniz Təhlükəsizliyi Strategiyası və ayrı-ayrı sahələrə aid sənədlər var.
URL / WWW
http://kelam.az/article/a-5847.html