Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » NƏ VAR Kİ
15.02.12 22:04

Deyirlər ki mən oynaya bilmirəm,
Utanmasan, yarışmağa nə var ki,
Və ya inki yalan deyə bilmirəm
Üzləşməsən, danışmağa nə var ki.

Yoxdur insanlarda Allah qorxusu,
Xəyanət qorxusu, günah qorxusu,
Məhşər, sual-cavab, Sabah qoxusu,
Həya yoxsa savaşmağa nə var ki.

Həryerindən duran mollalıq edir,
Əza məclisinə kloun gedir,
Artistlik eyləyir, monoloq deyir,
Üzü varsa, daraşmağa nə var ki.

Təriqət tanımır, mərkəb göstərir,
Şəriət qanmayır, məzhəb göstərir,
Əlifbe bilməyir məktəb göstərir,
Leş üstündə, dalaşmağa nə var ki.

Məclislərdə fəlsəfədən dərs deyir,
Hikmət elmin xırdalayır tərs deyir,
Cərcis adın cərəs kimi çeynəyir,
Eşidəndə alışmağa nə var ki.

İzzət şərəf ucuzlaşıb yox olub,
Qurban molla olub qarnı tox olub,
Axundların cərgəsinə soxulub,
Zina işə bulaşmağa nə var ki.

Əziz Pünhan, söz axtaraq, söz deyək,
Hər bir işdə ədaləti gözləyək,
Düz oturaq, düz eşidək, düz deyək,
Əyri ilə barışmağa nə var ki.
URL / WWW
http://kelam.az/article/a-5843.html