Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » İSTİSU
15.02.12 22:04

Hər yaz fəsli sənə qonaq gələndə,
Yaşıl geyinirsən paltar, İstisu
Qartallar qıy vurub göydə süzəndə
Nə gözəl görünür dağlar, İstusu.

Rəngarəng çiçəklər yaraşır sənə,
Qarışır bənövşə lalə süsənə.
Qoyun quzu dağılırgöy çəmənə
Ruzi bərəkətdir bağlar, İstusu.

Dərələr, təpələr gəl-gəl eyləyir,
Sanki qonaqlara xoşgəldin deyir.
Xoş avazlı quşlar nəğmə söyləyir
Sərin bulaqların çağlar, İstusu.


Güllərin çiçəyin təravət saçır,
Qəlbə fərəh verir xoş ətir saçır.
Təbiət yamyaşıl səhnələr açır
Yaddaşda xatirə saxlar, İstusu.


Əziz Pünhan məftun sənin hüsnünə, Yanan ocağına çıxan tüstünə.
Hər il yazda bir yaş gəlir üstünə
Qar olur vüqarlı dağlar, İstisu.
URL / WWW
http://kelam.az/article/a-5842.html