Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Sair Arif Buzovnalının Hacı Mirəziz Seyidzadənin doğum gününə yazıdığı təbrik
15.02.12 22:04

Seyyid günü-günə qatdın
Bir ömür yazıb yaratdın.
Peyğəmbər yaşına çatdın
Mövludun mübarək olsun.

Ölmək üçün doğulmadın,
Hər əsər tarixdə adın.
Yaratmaq üçün yaşadın
Mövludun mübarək olsun.

Bu dünya həmindi həmin,
Hər kəs yüksək istər yerin.
Sən dünyaya Ağa gəldin
Mövludun mübarək olsun.

Tərifə yox ehtiyacın,
Hər əməlin başda tacın
Haqq yolda ağarıb saçın
Mövludun mübarək olsun.

Seyyidliyin nəcabətdən,
Alimliyin fərasətdən
Şairliyin kəramətdən
Mövludun mübarək olsun.

Hərgününü mövludun bil,
Haqdan yanan sönən deyil.
Səadətlə yaşa yüz il
Mövludun mübarək olsun.
URL / WWW
http://kelam.az/article/a-5840.html