Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » QƏZƏL
15.02.12 22:04

Vermişəm cismimi əldən, daha "Can" gözləmirəm,
Nəyi ki gözləmişəm xeyli zaman, gözləmirəm

Yaxşısı biryana qalsın, yamanı başqa yana,
Qoca dünyada daha yaxşı yaman gözləmrəm.

Bir kaman qaş məni öldürdü, atıb qəmzələrin,
Batır üst-üstə bu mücgani, aman, gözləmirəm.

Köhnə sevda mənə çox vurdu ziyan, qəm çəkdim,
Sakitəm indi, ziyandan ki, ziyan gözləmirəm.

Bu ömür möcüzə idi, yuxu idi nə bilim,
Olacaq bəlkə də gerçəkdə əyan, gözləmirəm.

Mən ki, Fərhad deyiləm başə külüng ilə vurum,
Nə də Məcnun kimi səhrada güman, gözləmirəm.

Alagöz ahuya meyl eyləmişəm canım alıb,
Vermişəm canımı, başqa canalan gözləmirəm.

Mən Əziz Pünhan adında uca bir dağ kimiyəm,
Bu günəşli havada bir də duman gözləmirəm.
URL / WWW
http://kelam.az/article/a-5838.html