Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Mübarək mövlud
15.02.12 22:04

Məskən elədi dəhri, feyzi ilə elə dahi
Dünyanı tutub eşqi məst eylədi Allahi
Kimdir o bəşər feyzi, kimdir o konül şahi
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Xaliq onu göndərdi, dünyaya nicat üçün
Zövq atəşi tək gəldi, bu qəmli büsat üçün
Kim cani fəda etdi, mənalı həyat üçün
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Həqq uğruna dünyada min zülmə dözən kimdir.
Qəm dağların ömründə üst-üstə düzən kimdir.
İnsana nicat üçün göylərdə gəzən kimdir
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Ruh ikən hələ həqqlə eşqində tutub peyman
Qəhr eylədi hər zülmi islama açıb meydan
Kimdir o cənab əldə Quranı edib qalxan
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Bütlər ayağın öpdü çün Kəbeyi-ülyada
Ol gündə zəbun etdi həqq nahəqqi dünyada
Allaha nişan idi ol aləmi mənada
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Qoydu başına Allah tac Həzrət Zəhra tək
Dəstinə qılınc verdi Şahənşəhi Mövla tək
Həm də Həsəneyn oldu birzivəri dünya tək
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Quran ilə Əhli-Beyt İslamda əmanətdir
Kim onları dərk etsə ünvanı səadətdir
Kim mənbeyi hikmətdir, kim kani-kəramətdir.
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
Aləm ona heyrandır.

Mövludi-Peyəmbərdir könlün yetişib şurə
Yaz vəsfi Əziz Pünhan bu dilbəri məşhurə
Sən zərreyi vəhdətsən ol Kokəbi-Purnurə
Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
URL / WWW
http://kelam.az/article/a-5837.html