Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Amerikada azərbaycanlı bəstəkarın əsəri səslənib
15.02.12 20:14

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində dünyanın müxtəlif ölkələrindən olan gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı keçirilib. Musiqi axşamında Nyu-York şəhərində yaşayan bəstəkar Türkər Qasımzadə fortepiano üçün yazılan “Bütün yağan qar üçün ağ boşluqlar” adlı əsərini ifa edib. Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhetten Musiqi Akademiyasından magistr dərəcəsi alıb. Hazırda o, Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri olan Ohayo ştatında yerləşən Sinsinatti Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq dərəcəsində təhsilini davam etdirir. Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilən müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-5834.html