Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Türkiyə universiteti ATİ-nin təcrübəsini öyrənir
15.02.12 20:14

Türkiyə Cümhuriyyəti İqdır Universitetinin nümayəndələri - Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunun qonağı olublar. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun prorektoru Eldar Aslanov İqdır Universitetinin nümayəndələri ilə görüşdə altı il əvvəl fəaliyyətə başlayan ali təhsil ocağının ölkənin turizm sənayesinin inkişafına xidmət edəcək ixtisaslı və etibarlı kadr hazırlığı sahəsində, o cümlədən perspektiv planlar barədə məlumat verib. Qonaqla ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzaladığı və ikili diplom təcrübəsinin üstünlükləri ilə bağlı məlumatlandırılıb. Görüşdə həmçinin Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində tələbə - müəllim mübadiləsinin əhəmiyyəti qeyd edilib, Şimali Kipr Girne Amerika Universiteti, Şimali Kipr Doğu Akdeniz Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti və Jade Universiteti ilə əməkdaşlığın faydalılığından danışılıb. Şahin Əhmədoğlu Ağrıdağ Araşdırma Mərkəzində aparılan tədqiqatların əhəmiyyətindən danışıb, İqdır Universitetində 2012/2013-cü tədris ilindən etibarən Turizm fakültəsinin açılacağını, ATİ-nin bu sahədəki təcrübəsindən əməkdaşlıq çərçivəsində yararlanmağın faydalılığına inandığını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5831.html