Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanlı deputat təhsillə bağlı beynəlxalq konfransa qatılacaq
16.02.12 02:14

Bu gün Milli Məclisin deputatı Asəf Hacıyev “Təhsilli və intellektual nəslin hazırlığı - ölkənin davamlı inkişafı və müasirləşmənin mühüm şərti kimi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə yüksək keyfiyyətli fasiləsiz təhsilin təmin edilməsi, təlim prosesində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, gənc nəslin tərbiyəsi məsələləri müzakirə olunacaq. Millət vəkili mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, dövlət tərəfindən gənc nəslə göstərilən qayğı barədə məlumat verəcək. Səfər fevralın 19-da başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5830.html