Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu il Bakıda keçiriləcək internet forumu Cenevrədə müzakirə edilir
16.02.12 02:14

Azərbaycanın nümayəndə heyəti Cenevrədə (İsveçrə) 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF-2012) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Görüş IGF-2012-nin planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur. Cenevrədə Azərbaycan nümayəndə heyəti tərəfindən IGF-2012-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilən təqdimatın olacağı da gözlənilir.IGF 2005-ci ildə Tunisdə keçirilən ümumdünya informasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyəli görüşün ikinci mərhələsinin yekunları üzrə yaradılıb. Forumun əsas məqsədi ictimaiyyətin qlobal şəbəkənin cari və perspektiv inkişaf prosesləri barədə məlumatlandırılmasına imkan yaratmaq, internetin idarə olunmasının üsul və alətləri barədə müzakirələri stimullaşdırmaq, həmçinin ictimai inkişaf marağı baxımından ondan istifadənin müxtəlifliyini təqdim etməkdir.
URL / WWW
http://kelam.az/article/a-5829.html