Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Bu məsələ ilə bağlı kimsənin narahat olması üçün əsas yoxdur”
16.02.12 02:14

“Azərbaycanda “Diffamasiya haqqında” qanunu qəbul edilməsinin ictimai-siyasi həyata mənfi təsiri ola bilməz”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O, qeyd edib ki, bu məsələ ilə bağlı kimsənin narahat olması üçün əsas yoxdur. “Sadəcə, jurnalistika sahəsində çalışanların peşə etikasına və qanunlara, mənəvi dəyərlərə riayət etməsi lazımdır, onda yazılara görə cinayət məsuliyyətinə cəlb etməyə ehtiyac da qalmır. Cəmiyyətin və jurnalistika sahəsinin bu qanunun qəbuluna nə dərəcədə hazır olmasına dair müzakirələr təbiidir. Bu zaman müxtəlif fikirlər səslənə bilər. Pessimist yanaşmaları da anlayışla qarşılamaq lazımdır. İstərdim bizdə vəziyyət elə bir yerə gəlib çatsın ki, insanlar öz işlərini yerinə yetirərkən hər şeydən əvvəl qanuna və onun müəyyən etdiyi dəyərlərə əməl etməklə yanaşı, mənəvi qanunlara da diqqət yetirsinlər. Yazılarda lazımsız məqamlara, təhqirlərə yol verməsinlər”-deyə B.Muradova vurğulayıb. Vitse-spiker “Diffamasiya haqqında” qanunun qəbulunun Azərbaycanın imicinin daha da artmasına cidi təsir edəcəyini də düşünür.
URL / WWW
http://kelam.az/article/a-5827.html