Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hicran Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə Beynəlxalq Qoşulmama Hərəkatı Bürosunun sədr müavini seçilib
16.02.12 01:13

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Doha şəhərində keçirilən qadınların rolunun gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının III nazirlər görüşündə iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya komitədən veriblər. Görüşdə H.Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə beynəlxalq Qoşulmama Hərəkatı bürosunun sədr müavini seçilib. Tədbirdə çıxış edən H.Hüseynova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qadın hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Komitə sədri “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrasının bu prosesin daha da intensivləşməsinə təkan verdiyini bildirib.Ölkəmizdə Heydər Əliyev Fondu başda olmaqla qeyri-hökumət təşkilatları tərəfindən dövlət qadın siyasətinin reallaşdırılmasına böyük əməli töhfə verildiyini diqqətə çatdıran H.Hüseynova bu sahədə beynəlxalq təşkilatlarla birgə uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. AQUPDK sədrinin üzv dövlətlərin qadın sahibkarları haqqında ümumi məlumat bazasının formalaşdırılması və gələcəkdə bunun əsasında geniş əməkdaşlıq şəbəkəsinin qurulması haqqında təklif toplantı iştirakçılarının böyük marağına səbəb olub. Tədbir çərçivəsində H.Hüseynova Qətərin ailə məsələləri üzrə Ali Şurasının fəaliyyətdə olan sədri Juhaina Sultan Əl Aissa, Misir Ərəb Respublikasının sığorta və sosial məsələlər naziri Naqva Xalel, Kuba Qadınları Federasiyasının baş katibi və Dövlət Şurasının üzvü Yolanda Qomez ilə görüşüb. Görüşlərdə müvafiq sahədə qarşılıqlı əməkdaşlığın inkişafı yollarına dair geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5826.html