Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
14.02.12 21:58

(əvvəli ötən nömrəmizdə)
IV

Bu gün dünyanın siyasi mənzərəsində yeri tezliklə doldurulası mümkün olmayan boşluq əmələ gəlib. Dövlətlər və rəhbərlər yeri gəldi-gəlmədi bu boşluğu dini şüarlarla doldurmağa çalışırlar. Hamı rəsmi və yaxud da qeyri-rəsmi çıxışına öz dini rituarlarnı yerinə yetirməklə başlayır. Hətta bir az da irəli gedərək hərə öz dininin mükəmməlliyindən, insanlara verə biləcəyi firəvan gələcəkdən ağız dolusu danışırlar. Bu tendensiya çox zaman dini qarşıdurmaya və dinlərarası dialoqun bərbad hala düşməsinə gətirib çıxarır.
Bu gün Qərbin bütün dairələri dindən siyasi məqsədlər üçün istifadə edir. Başlıca məqsəd Avropanın göbəyində çox sürətlə və daha çox ziyalılar, tanınmış şəxslər arasında geniş yayılan İslam dinini gözdən salmaqdan ibarətdir. Təbii ki, antiislam ruhlu bəyanatlar, İslam dininin terrorla eyniləşdirilməsi və s. kimi addımlar sonuncu dinin kamilliyinə və qüdrətinə heç bir mənfi təsir göstərmir. Əksinə insanlarn qəlbinə hakim kəsilir. Bu gün bəşəriyyətdə ən geniş yayılmış dinlərdən biri olan İslam öz mənəvi dəyərləri, əxlaq və hüquq normalar və təliminin universallığı sayəsində artır, güclənir.
Fransız islamşünası Anri Masse hələ 1930-cu ildə qələmə aldığı “İslam” kitabında dünyada müsəlmanlarn sayının 240 milyon nəfər olduğunu göstərirdi. Bu gün isə müsəlmanlarn sayı 1 mlrd. 280 milyondan çoxdur. Öz ardıcıllarnın sayını 70 ildən də az bir vaxt içərisində 1 mlrd. nəfərdən də çox artırmış bir dinin cazibədarlığı, qəlblərə nüfuz etmək qabiliyyətinin sirlərini aşkar etmək görünür elə də çətin deyil. Bunun üçün Qurani-Kərimə müraciət etmək və Həzrət Mühəmməd Peyğəmbərdən (s) söylənilən hədisləri diqqətlə nəzərdən keçirmək kifayətdir.
Meydana çıxdığı vaxtdan etibarən İslam dini xristian dünyasının da diqqətini cəlb etmişdir. Hətta XIX əsrin ortalarndan etibarən Qərbdə Qurani-Kərimin və hədislərin elmi əsaslar üzərində öyrənilməsi və İslam tarixinin tədqiqi sahəsində bir sıra ciddi təqdirəlayiq işlər görüldü. Təqribən son 150 il ərzində Avropa elmi İslam dinini yəhudilik və xristianlıqla müqayisədə onu özündən əvvəlki səmavi dinlərə bərabər bir din kimi öyrənmişlər.
Bu gün bütün Avropa inanc boyasını seçərkən yaşıla – İslama doğru boylanır. Bəzi antiislam ruhlu çıxışlar müsəlmanlar arasında müvəqqəti narahatlıq yaratsa da bu keçici bir prosesdir. Ötən illərdə Fransada və Almaniyada müsəlman şagirdlərin hicabla dərsdə oturmalarnda çox ciddi problem var idi. Amma sevindirci haldır ki, bu gün Almaniyada prezident səviyyəsində İslamın orta məktəblərdə tədrisi ilə bağlı təklif irəli sürülür. Prezident Horst Köler məktəblərdən birində çıxış edərkən müsəlman uşaqlarna İslamı xüsusi hazırlığı olan müəllimlərin öyrətmələrini tövsiyyə edib. Ümummiyyətlə Almaniyada yaşayan 600 min müsəlman uşağın dini təhsil almaq hüququ ölkənin Konstitusiyası ilə təsbit edilib. Lakin bu fənnin məktəb proqramına daxil edilməsini 16 federal əyalətin hər biri özü həll edir. Almaniya hökumətinin təşkilatçılığı ilə Berlində keçiriləcək konfransın başlıca müzakirə mövzusu da elə İslamın tədrisi problemlərinə həsr olunmuşdur. Artıq ölkənin cənubundakı dövlət məktəbləri tədris proqramına İslam dərslərini daxil etmişlər. Bu, müsəlman immiqrantlarn cəmiyyətə inteqrasiyasına təkan verəcək. Xatırladaq ki, Almaniyanın 82,5 milyon əhalisinin 3,5 milyonunu müsəlmanlar təşkil edir.
Fransa sabiq prezidenti Jak Şirak özündə cəsarət taparaq artıq ekstremistlərin fəaliyyətinin İslam dini ilə qarşdırlmasının vaxtı gəlib çatdığını bəyan etmişdi: “Münasibətlərin gərginləşdirilməsinə tərəf aparan hər bir şeydən qaçınmaq lazımdır”.
Çünki həqiqətən də Qərb dünyası bu günədək ekstremizmi bəhanə edib İslama qarşı qeyri-konstruktiv mövqeydən çıxış edib.  
İslam bütün dinlərin, Həzrət Mühəmməd (s) bütün peyğəmbərlərin, Qurani-Kərim isə bütün səmavi kitablarn sonuncusudur. Sonuncu olaraq biz İslamdan əvvəl gələn bütün dinlərə hörmət edir, peyğəmbərlərə rəhmət diləyir və kitablarnı sevə-sevə oxuyuruq.     
Bizlər – müsəlmanlar missioner yetişdirmirik. İslam terrora yox deyir, amma bizi terrorçuluqda ittiham edirlər. İş o yerə gəlib çatıb ki, dövlətlər öz siyasi mübarizələrində dini faktorlardan istifadə etməyə başlayıblar. Həm də o dövlətlər ki, dünyada demokratiyanın, tolerantlığı yaymaq iddiası ilə çıxış edirlər.
Biz müsəlmanlar digər dinin nümayəndələrindən, xüsusən də son zamanlar İslama qarşı antitəbliğat usullarndan hərtərəfli istifadə edən xristianlardan fərqli olaraq belə düşünmürük. Məsələn, biz müsəlmanlar daha çox Allah-Təaladan gələn 19:10:08bütün dinlərə və həmin dini yayan peyğəmbərlərə hörmətlə yanaşırq. İstər mətbuatımız, istər dövlət adamlarmız, istərsə də dini liderlərimiz bu sahədə tolerantlığı qorumağa çalışırlar. Bəs, onlar nə edirlər?

V


Sistemli bir din olan xristianlığın əsasında digər iki ilahi dini inkar etmək məsələsi var. Bunu heç kim inkar etmir. Kilsə dünya həyatını çarmıxa çəkilərək tamamlayan Həzrət İsanın (ə) başına gətirilən bütün hadisələrin baiskar kimi yəhudiləri günahkar bilir. İslamı isə “saxta bir din” kimi qəbul edərək Həzrət Mühəmmədi (s) peyğəmbər hesab etmir.
Maraqlıdır, görəsən, Papa özündən əvvəlki papalarn, imperatorların yəhudilər üçün işlətdiklərindən nəyə görə sitat gətirmir? Müsəlmanlar Papanın bu cür düşüncənin arxasında hansı hərbi, iqtisadi və siyasi zərbənin gələcəyinin hesablamağa çalışırlar. Çünki bu sözlər nasistlər və kommunistlərdən sonra müsəlmanlar “xalq düşməni” elan edən düşüncənin bir təzahürü kimi qəbul edilir.
Almaniyada çıxışlarının birində zorakılıq haqqında danışan Roma Papasının İslamla, Həzrət Mühəmmədlə (s) bağlı işlətdiyi ifadələr, əksinə zorakılığa çağırş, iğtişaşa dəvət, xaosa istiqamət, mədəniyyətlər qarşıdurmasının bünövrəsini möhkəmlətmək idi. Papanın İslam haqqındakı bu sözləri müəyyən qruplar tərəfindən bütün dünyada geniş yayılan bir kampaniyaya açıq dəstək idi. Bunlar səlib yürüşlərində olduğu kimi indi də radikal qruplara cəsarət verən sözlər idi. Qloballaşan dünyada bu cür sözlər dinlər, mədəniyyətlər arasında mövcud olan münasibətləri gərginləşdirmək məqsədilə atılan səhv bir addımdır.
İslamda “müqəddəs müharibə” anlayışı yoxdur. Bu fikri IV əsrdə ortaya atan Papa Əziz Aqustindir. Ondan sonrakı Papalar da səlib yürüşlərində eyni şeyi söyləyərək insanlar coşduraraq “kafir” elan etdikləri şəxslərin üzərinə hücuma keçiblər. İslamda isə cihad müdafiə xarakterlidir.
Hazırda mövcud olan dinlərin arasında şiddətdən ən çox uzaq olan din İslamdır. Vaxtı ilə Avropanı bürüyən məzhəblər müharibəsinin (30 illik müharibə) hansı dini səbəbdən ortaya çıxdığını xatırlatmağa ehtiyac yoxdur.
Əvvəl karikatura olayı, sonralar ara-sıra bəzi siyasətçilərin İslama və müsəlmanlara qarşı hörmətsiz çıxışlar, Livanda dinc əhalinin qətliamı, daha sonra Roma Papasının müsəlmanlarn müqəddəs hisslərini təhqir edən fikirləri insanı hövsələdən çıxarır. Dünyanın müxtəlif yerlərində İslam dini ardıcıllarnın təqibləri, qanunsuz həbslər, işgəncələr adi hal almışdır. Bütün bunlar artıq xaotik epizodlardan çox, məqsədyönlü təxribat planının tərkib hissəsi kimi anlaşılmağa başlayıb.  
Mühəmməd Peyğəmbərin (s) karikaturasını çəkən rəssama və onu dərc edən Qərb mətbuatına (Hollandiya) dünya müsəlmanlar etiraz edəndə söz azadlığından, demokratiyadan danışırdılar. Yaxşı bəs, orta əsr mətnindən sitat gətirən Papa XVI Benediktdə nə deyək. Bunu da Qərb demokratiyasının töhfəsi kimi qiymətləndirəkmi?..
Roma Papası XVI Benediktin söylədiyi fikirlər onsuz da böhranlı olan İslam-xristian münasibətlərini daha da gərginləşdirmişdi. Vatikanın başçısı Regensburq Universitetində oxuduğu ilahiyyət mühazirəsində İslam dininin tarixi və mahiyyətindən danışarkən bu dinin zor, şiddət və gücə meyl göstərdiyini iddia etmişdi. Papa bildirmişdi ki, "Qurani-Kərim"də "Din məsələsində məcburiyyət ola bilməz" tezisi əks olunsa da, islamiyyətin tarixində bunun əksinə dair çoxlu hərəkətlər olub. Onun sözlərinə görə, hələ Həzrət Mühəmmədin (s) dövründən başlayaraq müsəlmanlar İslam dinini yaymaq üçün gücdən istifadə ediblər. Katolik kilsəsinin başçısı bu fikrinə əsas kimi 14-cü əsrdə Bizans imperatoru olmuş II Mixail Paleoloqosun, daha doğrusu, onun həmin dövrdə qələmə alınmış bir əsərdə yer alan sözlərini sitat gətirib: "Mühəmmədin nə kimi yenilik gətirdiyini nəzərdən keçirsək, biz ancaq zalımlıq və rəhmsizlik görərik. Onun dini qılınc gücünə yaymaq çağırşı bundan ibarətdir".
Papa Bizans imperatorunun fikrinin bir qədər qaba olduğunu etiraf etsə də, eyni zamanda, onun müsəlmanlığın və İslam dininin güc yolu ilə yayılmasına dair mahiyyətini əks etdirdiyini deyib. Onun sözlərinə görə, İslam dünyasında şiddət olaylarnın bu qədər geniş yayılması bununla bağlıdır. "İnsanlar imana gətirmək istəyən kəs bunu zorla, şiddət və güclə etməməlidir" - deyə o əlavə edib. Gözlənildiyi kimi, Roma Papasının bu sözləri beynəlxalq miqyasda böyük rezonans doğurmuşdu. Müxtəlif ölkələrin müsəlman təşkilatlarnın nümayəndələri XVI Benedikti tənqid edən bəyanatlarla çıxış etmişdilər.
Hələ o zaman Türkiyə Diyanət İşləri Vəqfinin başçısı Əli Bardaqloğu Papanın hərəkətini "kobudluq və nadanlıq" adlandırdı və dinlərarası ədavətə xidmət etdiyini bildirdi. O, Roma Papasının müsəlmanlardan üzr istəməsi gərəkdiyini də bildirdi.
Almaniya Müsəlman Şurasının sədri Aiman Mayzek isə Vatikan başçısının sözlərinə "kilsənin öz tarixi səlib (xaç) yürüşləri və qanla doludur" bəyanatı ilə sərt cavab verdi.
Fransa Müsəlman Dini Şurasının başçısı Dalil Bubaker isə "ümidvarıq ki, katolik kilsəsi öz mövqeyinə dərhal aydınlıq gətirərək etiraf edəcək ki, o, İslamı din deyil, siyasi ideologiya olan islamizmlə qarşdırmır" - deyə bildirdi.
Küveyt, Misir, Əlcəzair, Mərakeş və digər müsəlman ölkələrinin dini təşkilatları, hökumət və ictimai qurumlarnın nümayəndələri katolik kilsəsinin rəhbərliyindən üzrxahlıq və izahat tələb etdilər.
İslam Konfransı Təşkilatının rəsmiləri də Vatikanı bu bəyanata aydınlıq gətirməyə çağırdılar.
Roma Papası XVI Benediktin Mühəmməd Peyğəmbər (s) barədə fikirləri Azərbaycanda da narazılıqla qarşılandı.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında katolik kilsəsi rəhbərinin fikirlərindən təəssüflənildiyi bildirildi: "Katolik kilsəsi rəhbərinin kütləvi informasiya vasitələrinə min il əvvəl yaşamış Bizans imperatorunun fikirlərini bölüşdüyünü ehtimal etmək imkanı verən çıxışından təəssüflənirik".
Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti isə xarici işlər naziri Elmar Məmmədyarova məktub göndərərək Roma Papası XVI Benediktin Regensburq Universitetindəki çıxışı və bunun İslam dünyasında doğurduğu etirazla bağlı öz fikirlərini bölüşdü.
Qafqaz Müsəlmanlar İdarəsi isə Roma Papasının İslamın və Mühəmməd Peyğəmbərin (s) ünvanına söylədiyi fikirlərə etiraz edən bəyanatla çıxış etdi. Bəyanatda papanın dedikləri milyonlarla müsəlmanın heysiyyatına toxunan bir hal kimi qiymətləndirilir və belə çıxışlar yolverilməz hesab edilir: "Elə təsəvvür yaranır ki, Papanın səsləndirdiyi fikirlər son zamanlar Qərb dünyasında İslama qarşı məqsədyönlü, qərəzli çıxışlar zəncirinin bir həlqəsidir. Məyusluq doğuran bir haldır ki, belə fikirlər dünyanın dini liderlərindən birinin dilindən səslənir".
İslam dünyasının böyük alimlərindən olan Ayətullah Məkarim Şirazi XVİ Benedikti açıq debatlara dəvət etdi: “Müxtəlif dinlərin liderləri bəşəriyyətin gələcəyi üçün  böyük məsuliyyət daşıyırlar.”
Proseslərin şiddət aldığı bir vaxta Misirin “Əl-Əzhər” İslam Universiteti isə Vatikanı İslam dininin öyrənilməsi işində elmi yanaşmaya çağırdı. Universitetin bəyanatında “İslam dini dünyada məcbur yolu ilə yox, insanlar yalnız inandırma yolu ilə yayılmışdır. İslamda “Cihad” isə yalnız özünümüdafiə və öz inancını qorumaq üçün elan olunur”-deyə qeyd olunmuşdu.

VI


Almaniyalı 78 yaşlı kardinal Yozef Ratsinger Roma katolik kilsəsinin başçısı seçiləndə (o, Papa kimi XVI Benedikt adını qəbul etdi) bir çox icmalçılar onun ifrat mühafizəkar baxışlarnı önə çəkərək bu seçimin o qədər də uğurlu olmadığını bildirmişdilər. Ratsinger öz baxışlarna görə digər dinlərə qarşı daima soyuq münasibəti ilə seçilib. O özündən əvvəlki Papa II İohann Pavelin yeritdiyi liberal siyasətin əsas opponetlərindən olub. Alman kardinal Papa II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinə və müsəlman dünyası ilə ilıq münasibətlər qurmasına ən tənqidi yanaşan şəxslərdən biri kimi ad çıxarmışdı. Onun fikrincə, bu cür addımlar, o cümlədən bu gün Avropada geniş yayılmış "multikulturalizm" (fərqli din və mədəniyyətlərin qovuşması) təfəkkürü xristianlığı öz köklərindən uzaqlaşdırr. Ratsingerə görə, xristianlıq, daha doğrusu, katolik mənəviyyatı Avropanın yeganə xilas yoludur. Maraqlıdır ki, Ratsinger yeniyetmə vaxtı faşistlərin pioner təşkilatı sayılan "Hitleryugend"in üzvü olub, daha sonra isə, bilavasitə döyüş əməliyyatlarnda iştirak etməsə də (onun rəsmi bioqrafiyasında belə qeyd olunub), Hitler ordusunun sıralarnda olub. Bu fakt uzun müddət Ratsingerin əleyhdarlar tərəfindən ona qarşı əks-təbliğatda istifadə olunub. Roma Papası Avropa Birliyinin (AB) genişlənməsi məsələsində də sərt mövqeyi ilə tanınır. Onun fikrincə, AB yalnız xristian dövlətlərinin birliyi olaraq qalmalıdır. Bu xüsusda o bir neçə dəfə Türkiyənin AB-yə inteqrasiyasına qarşı çıxış edib. 2004-cü ildə onun Fransanın "Le Fiqaro" qəzetinə verdiyi müsahibə Ankara ilə Vatikan arasında münasibətlərdə müəyyən böhran yaratmışdı. Ratsingerin "Müsəlman ölkəsi olan Türkiyə AB-yə deyil, İslam ölkələri birliyinə inteqrasiya barədə düşünməlidir" sözlərinə sərt reaksiya verən baş nazir Rəcəb Tayyib Ərdoğan "AB-yə kimin üzv olub-olmaması Vatikanda həll olunmur. Vatikan bir din dövlətidir və AB-nin də üzvü deyil, odur ki, öz işinə baxsın" deyə bildirmişdi. Maraqlıdır ki, gələn ayın sonunda Papa XVI Benediktin Türkiyəyə səfəri nəzərdə tutulub və indi bir çox icmalçılar onun təxirə salına biləcəyini qeyd edirlər.
Göründüyü kimi bir retro sitatın doğurduğu nəticələr heç də ürəkaçan olmadı. Təbii ki, bir müsəlman, Mühəmməd ümməti olaraq biz də zorun, terrorun əleyhinəyik. Hətta bu çıxışından sonra XVİ Benediktə ünvanlanan təhqirlərin əleyhinəyik, bunlar təqdir etmirik. Sadəcə tarma çəkilmiş əsəblərin doğurduğu hadisələrə reaksiya verməməyi tövsiyyə edirik. 
Bu gün artıq İslam və İslamın müqəddəsləri başqa dinlərdə olmadığı qədər hücumlara məruz qalır. Daxili məsələləri ilə məşğul olan İslam dünyası aparlan kampaniyalarn qarşısında təsirli və qaneedici cavab verməyi bacarmalı, provokasiyalara aldanmamalıdır. Müsəlmanlarn barbar, mədəniyyətsiz, vəhşi göstərilməsinə imkan verilməməlidir. Onlar dialoqdan müxtəlif bəhanələrlə qaçmağa çalışsa da, biz müsəlman olaraq bundan qaçmamalıyıq. Vatikanla bağlı tədqiqatlar aparan, məlumatlar yayan jurnalistlərin hazırki Papanın sələfi qədər “dinlərarası dialoq”dan çox az bəhs etməsini xatırlatmalarna fikir vermədən biz müsəlmana yaraşan davranışımızla özümüzü göstərməliyik. Karikatura hadisəsində olduğu kimi hərəkət etməməliyik.
Heç kim müharibəni arzulamır. Çünki müharibənin özü ilə bərabər gətirdiyi fəsadlar cəmiyyətin bel sütununun məhv edir. İnsanlar uzun illər mənəvi-psixoloji gərginlik içində yaşayır, səfalət, xəstəliklər tuğyan edir, ölkələr, şəhərlər, kəndlər yerlə-yeksan olunur. Müharibədə tərəflərin hər ikisi - müttəfiqlərdə daxil olmaqla bu həyatı yaşamağa məcbur olur. II Dünya müharibəsindən sonra Almaniya və SSRİ-nin yaşadığı kimi…
Son vaxtlar dünyada yaşananlar bəşəriyyətin III Dünya müharibəsinə hazırlaşdığını işarədir. Lakin I və II Dünya müharibəsindən fərqli olaraq üçüncüsü tamam başqa səbəblər üzündən başlayacaq.  Bu da sonda dinlərin savaşı ilə müşayiət olunacaq.
Bu gün Qərblə Şərq, Xristianla İslam dünyası arasında elan olunmamış soyuq müharibə gedir. Bu müharibənin reallaşmasının qarşısını almaq mümkünsüzdür. Amma qabağına gedib baş verə biləcək təhlükənin təsirini azaltmaq olar. İlk növbədə müsəlman dövlətləri birləşərək vahid mövqeydən çıxış etməlidirlər. Burada söhbət ərazilərin və torpaqların birləşdirilməsindən, sərhədlərin götürülməsindən getmir. Söhbət yalnız mənəvi-psixoloji birlikdən gedir. Biz insanları müharibəyə, döyüşə, savaşa deyil, özünü müdafiəyə çağırırıq. Əks təqdirdə donuz əti yeyib piylənmiş xristian dünyası müsəlman dövlətlərini tək-tək dənləyəcək. Biz isə Qərbdən kömək umuruq. Qərb müsəlmanları yer üzündən silməyə hazır olduğu bir zamanda biz onun qucağına atılırıq. 
Hazırda xristian dünyası – katoliklər bu plan üzərində işləyir. Amerika başda olmaqla hər bir Avropa dövləti - Böyük Britaniya, İtaliya, Fransa və digərlərinin bu məsələdə öz missiyası var. Biz yazı boyu bunları qismən də olsa açmağa çalışacağıq.


(ardı var)
Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-5819.html