Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » QMİ-də görüşlər
14.02.12 21:58

KəlamİNFO. Yanvarın 5-də Qafqaz Müsəlmanları İdarəsində Berlin Araşdırmalar Kollecinin Azərbaycanda səfərdə olan bir qrup tələbəsi ilə görüş keçirilib. Kollecin tələbəsi David Rinnert səfərlərinin məqsədi barədə məlumat verib. D.Rinnert bildirib ki, nüfuzlu tədris müəssisələrindən sayılan Berlin Araşdırmalar Kolleci Avropanın müxtəlif ölkələrindən seçilmiş elm, iqtisadiyyat, mədəniyyət və idarəetmə sahələrinin gənc kadrları üçün bir illik ictimai layihələr təşkil edir.

Proqram iştirakçıları bir il ərzində Avropa üçün əhəmiyyət daşıyan müxtəlif mövzulu ictimai layihələr həyata keçirirlər. Almaniyalı qonaq qeyd edib ki, 2011-2012-ci tədris ilinin müdavimləri “Sərhədlərin kəsişməsi: Qafqaz. Avropa haraya qədər?” layihəsi çərçivəsində Azərbaycan və Gürcüstanın Avropa ilə siyasi, iqtisadi, tarixi və mədəni bağlılığını araşdırır.
Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova idarənin tarixi, son illərdə gördüyü işlər barədə məlumat veriblər. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu qonaqların diqqətinə çatdırılıb, milli-mənəvi dəyərlərə ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb.
Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri ölkədəki tolerantlıq mühiti barədə, digər dinlərin və xalqların nümayəndələrinə yaradılan şəraitlə bağlı geniş məlumat veriblər. Görüş zamanı Almaniyalı tələbələrə bildirilib ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmuşdusa, bu il “Avroviziya” mahnı yarışması kimi nüfuzlu tədbirə ev sahibliyi edəcək.
Almaniyalı qonaqlara son illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi və mədəni layihələr barədə geniş məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

* * *


KəlamİNFO. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 10-da Rusiya Müftilər Şurasının həmsədri, Rusiya Federasiyasının Asiya Hissəsinin Müsəlmanları Ruhani İdarəsinin sədri, baş müfti Nafiqulla Aşirovu və qurumun işlər müdiri Dəmir Seracəddinovu onların xahişi ilə qəbul edib.
Görüşdə MDB ərazisində yaşayan müsəlmanların inteqrasiya məsələləri, Qafqaz Müsəlmanları İdarəsi ilə Rusiyanın Asiya Hissəsinin Müsəlmanları Ruhani İdarəsinin əməkdaşlıq perspektivləri müzakirə olunub.


* * *

KəlamİNFO.Yanvarın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri nümayəndə heyətinin Azərbaycanda keçirdiyi görüşləri yüksək qiymətləndirib. Səfərin 20 Yanvar hadisələrinin növbəti ildönümü ərəfəsinə təsadüf etdiyini xatırladan Allahşükür Paşazadə 22 il öncə baş verən faciənin Azərbaycan xalqının tarixində silinməz iz buraxdığını deyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı sovet imperiyasının ordu birləşmələri tərəfindən gülləbaran ediləndə səsimizə səs verən ilk dövlət Türkiyə Cümhuriyyəti olub. Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycan bütün səviyyələrdə Türkiyənin dəstəyini hiss edib.
İki qardaş xalqın- Azərbaycanla Türkiyə arasında münasibətlərin həmişə yüksək səviyyədə olduğunu qeyd edən Şeyxülislam həzrətləri dövlət başçılarının, parlament üzvlərinin və diplomatların əlaqələrin inkişafındakı töhfələrindən danışıb. Nümayəndə heyətinin səfərini münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib.
Nümayəndə heyətinin başçısı, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Unüvar səfərin məqsədi və keçirilən görüşlər barədə məlumat verib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təkcə regionda deyil, bütün dünyada nüfuzlu din xadimi kimi tanındığını deyən türkiyəli qonaq belə bir insanla görüşməkdən məmnunluq duyduğunu vurğulayıb. Necdet Ünüvar Fransa Senatının uydurma erməni soyqırımı ilə bağlı mövqeyinə qarşı Şeyxülislam həzrətlərinin verdiyi sərt bəyanatı yüksək dəyərləndirib və Türkiyə rəhbərliyinin minnətdarlığını yetirib.
Qəbul zamanı əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim edilib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülisi Kilıc da görüşdə iştirak edib.

* * *


KəlamİNFO. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 19-da İraq Respublikası Parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib. İraq Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Hummam Hamudinin başçılıq etdiyi nümayəndə heyətini salamlayan Allahşükür Paşazadə Azərbaycanla İraq arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu xatırladıb, sovet rejiminin sərt qadağalarına baxmayaraq, əlaqələrin davam etdiyini bildirib. Şeyxülislam həzrətləri son illər Azərbaycanla İraq arasında münasibətlərin daha da inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb. Ötən il Həcc mövsümü zamanı azərbaycanlı zəvvarlara yaradılan şəraitə və təhlükəsizlik məsələlərini yüksək səviyyədə təşkilinə görə İraq rəhbərliyinə minnətdarlığını bildirib.
Nümayəndə heyətinin rəhbəri Hümmam Hamudi səmimi qarşılanmaya görə təşəkkür edib. İraq Parlamentinin komitə sədri Şeyxülislam həzrətlərinin İslam dininin inkişafı yolunda xidmətlərini yüksək dəyərləndirib, bütün dünyada sülhün qorunmasındakı səylərinə böyük dəyər verdiyini bildirib.
Hümmam Hamudi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni İraqa rəsmi səfərə dəvət edib və bu səfərin iki qardaş xalqlar arasında münasibətlərin inkişafında yeni mərhələ ola biləcəyinə inandığını dilə gətirib.
Görüşdə Azərbaycan-İraq münasibətlərinin gələcək inkişafına dair məsələlər ətrafında müzakirələr aparılıb. Şeyxülislam Allahşükür Paşazadə sonda qonaqlara xatirə hədiyyələri təqdim edib.
İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə  əl-Barrak da qəbulda iştirak edib.


* * *

KəlamİNFO.Yanvarın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Todua ilə görüşüb.
Dost və qonşu Gürcüstanla bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu xatırladan Allahşükür Paşazadə parlamentlərarası dostluq qruplarının fəaliyyətindən razılığını bildirib və bu münasibətlərin daha da davamlı olmasını arzulayıb.
Gürcüstan Patriarxı İliyanın salamlarını Şeyxülislam həzrətlərinə çatdıran Fridon Todua Allahşükür Paşazadənin Qafqazda və dünyada sabitliyin bərpası yolundakı xidmətlərini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Sonda Şeyxülislam Allahşükür Paşazadə qonağa xatirə hədiyyəsi təqdim edib.

* * *

KəlamİNFO.Yanvarın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadə ATƏT-in Bakı ofisinin rəhbəri Koral Tarqayı qəbul edib. K.Tarqayın xahişi ilə təşkil olunan bu görüş tanışlıq xarakteri daşıyıb. Görüşdə Azərbaycanın dinlərarası dialoqda yeri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanda mövcud dinlər arasında əməkdaşlıq, tolerantlığın səviyyəsi barədə fikirlər səsləndirilib. K. Tarqay Azərbaycanın mövcud təcrübəsinin 56 üzvü olan ATƏT kimi təşkilat üçün önəm kəsb etdiyini vurğulayıb və bu işdə Allahşükür Paşazadənin əməyini yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-5813.html