Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu: ABŞ Türkiyənin rolunu anlayır
14.02.12 21:14

ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün dövlət katibi Hillari Klintonla görüş keçirəcək. Vaşinqtonda ABŞ rəsmilərilə görüşlər çərçivəsində Davudoğlu müdafiə naziri Leon Panetta ilə danışıqlar aparacaq. Müzakirələrin diqqət mərkəzində Suriyada vəziyyət və İranın nüvə proqramı məsələlərinin olacağı gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, “Hürriyyət”ə açıqlamasında Türkiyə xarici işlər naziri ABŞ və Türkiyənin Suriya məsələsində eyni mövqeyə malik olduğunu və eyni dəyərləri bölüşdüyünü bildirib. O, Türkiyənin Suriya xalqının demokratiya tələblərini dəstəklədiyini deyib. Əhməd Davudoğlu Qərb ölkələrinin İranın nüvə proqramını dayandırması üçün təzyiqləri artırdığı vaxt Türkiyədə bunun yaratdığı təsirlərə toxunaraq, ölkəsinin məsələnin həllində fəal rol oynamağa hazır olduğunu bildirib. O, ABŞ-ın Türkiyənin İran probleminin həllində oynaya biləcəyi rolunu anladığını qeyd edib. Əhməd Davudoğlu Türkiyə ilə ABŞ arasında münasibətlərin bugünkü durumunu şərh edərək, iki ölkə arasında yüksək əməkdaşlıq səviyyəsini qeyd edib. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyənin xarici siyasət prioritetləri mövzusunda çıxış edib. Davudoğlu, həmçinin ABŞ Konqresində də bir sıra görüşlər keçirib.
URL / WWW
http://kelam.az/article/a-5810.html