Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın yaradılmasının 65 ili tamam olur
12.01.10 20:23

Bu ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 65 ili tamam olur. KƏLAMİNFO xəbər verir ki, 1945-ci ilin martında Azərbaycanda Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının ictimai fikir tarixində ilk dəfə olaraq elmi fəaliyyətin mükəmməl təşkilati struktura malik olmaqla sistemli xarakter alması baxımından mühüm bir hadisə olub. Bu dövrlər ərzində Akademiya zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların yetişdirilməsində müstəsna rol oynayıb. Qurumun 65 illik tarixinin son iyirmi ili respublikamızın müstəqillik qazandığı dövrə təsadüf edir. Yarandığı dövrdən nailiyyətləri ilə Azərbaycanda elmin mərkəzinə çevrilən AMEA-nın fəaliyyətində ötən əsrin 90-cı illərində ictimai-siyasi həyatda baş verən dəyişikliklərlə bağlı olaraq durğunluq müşahidə olunub. Lakin ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində 90-cı illərin sonlarından digər sahələrdə olduğu kimi, Azərbaycanın elmi potensialı və AMEA da tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.Azərbaycan Prezidentinin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə AMEA-ya respublikada elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi qurumun fəaliyyət dairəsini xeyli genişləndirilib, səlahiyyətləri artırılıb.
URL / WWW
http://kelam.az/article/a-581.html