Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Salamworld” Birinci Beynəlxalq Sammiti keçirilib
15.02.12 02:58

İstanbulda yeni müsəlman sosial şəbəkəsi olan “Salamworld” informasiya texnologiyaları layihəsinin Birinci Beynəlxalq Sammiti keçirilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammit Çırağan Sarayında reallaşıb. Dünya müsəlmanlarının yaxın əlaqələr qurmasına hesablanan saytın ilk zirvə toplantısını Fatih Camisinin imamı Osman Şahin açıb. Sammitdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub. 30 ölkə nümayəndəsinin qatıldığı sammitə Liviya Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlilin telefonla bağlantısı olub. “Salamworld” İdarə Heyətnin rəhbəri Əbdülvahid Niyazov bu sosial şəbəkənin beynəlxalq bir layihə olduğunu söyləyib. Onun sözlərinə görə, saytın məqsədi bütün dünya müsəlmanları arasında ünsiyyətin saxlanılmasıdır. O, saytın bu ilin Ramazan ayında fəaliyyətə başlayacağının nəzərdə tutulduğunu açıqlayıb: “Salamworld” bir internet məscidi deyil, amma internet məkanıdır. Hər kəsə açıqdır. Sayt islam dünyası arasında bir körpüdür”. Xatırladaq ki, ötən il “Salamworld”ün Azərbaycanda da təqdimatı keçirilib. “Salamworld”un əsas qayəsi “siyasətsiz, haramsız, sərhədsiz” şüarı altında islami və insani dəyərlərin qorunması elan olunub. Saytın mərkəzi ofisi İstanbulda yerləşəcək, texniki işlər isə Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq. Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə “Salamworld.com”un müxbir məntəqələri yaradılacaq. İlk mərhələdə sayt türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra saytın istifadə dilləri artırılacaq (Azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillər).
URL / WWW
http://kelam.az/article/a-5809.html