Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olacaq
15.02.12 01:58

TQDK sədri Məleykə Abbaszadə və Komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçiriləcək elmi-praktik seminarda iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər. Qeyd edək ki, Qazaxıstanda 2004-cü ildən etibarən Vahid milli test imtahanları (VMT) keçirilir. VMT ümumtəhsil məktəblərinin buraxılış imtahanı olmaqla yanaşı, onun nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilir. Qazaxıstanda 2011-2020-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən, müxtəlif məqsədlər daşıdığına görə 2015-ci ildən etibarən hazırkı imtahan sisteminin dəyişdirilməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının ayrıca aparılması nəzərdə tutulub. Bu məqsədlə 2013-cü ildə yeni qəbul imtahanı formatında eksperiment aparılması planlaşdırılır. Qeyd olunan seminarın keçirilməsinin məqsədi də buraxılış və qəbul imtahanlarının keçirilməsində təkmilləşdirmə işləri aparılması üçün xarici ölkələrin, o cümlədən Azərbaycandan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təcrübəsinin öyrənilməsi nəzərdə tutulur. TQDK sədri M.Abbaszadə seminarda çıxış edərək Azərbaycanda ali məktəblərə qəbul imtahanları prosesi, bu sahədə əldə olunmuş zəngin təcrübə barədə ətraflı məlumat verəcək.
URL / WWW
http://kelam.az/article/a-5808.html