Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə qəbul olunub
14.02.12 20:58

Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında sənəd müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzə ilə çıxış edib. O qeyd edib ki, bələdiyyələrlə bağlı 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Göndərilən materiallardan 15-i üzrə cinayət işi başlanıb, digərləri üzrə araşdırmalar davam etdirilir. “Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci il ərzində 5483,16 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub. Ümumiyyətlə, il ərzində bələdiyyələr tərəfindən qəbul edilmiş 31974 akt ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib, bu da ötən illə müqayisədə 20 faiz çox olub. Bələdiyyələrə yol verilmiş hüquq pozuntularını gələcəkdə təkrarlanmaması məqsədilə 3529 tövsiyə verilib, 1646 bələdiyyə aktında hüquq pozuntusuna yol verilməsi aşkar olunaraq onların ləğv edilməsi və ya dəyişdirilməsi təklif olunub” - deyə V.Zahirov vurğulayıb. Müzakirələrdən sonra sənəd qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-5804.html