Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama Ermənistana iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib
15.02.12 02:56

ABŞ prezidenti Barak Obama büdcə ilə bağlı təkliflərində Ermənistana göstərilən iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bununla bağlı Amerika Erməni Milli Komitəsi xəbər yayıb. Obama administrasiyası eyni zamanda Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif edib. Administrasiya bildirib ki, Türkiyənin güclü qlobal tərəfdaş kimi rolu artmaqda davam edir. Barak Obama ilkin olaraq Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, prezident bu rəqəmin 27,219 milyon dollaradək azaltmağı tövsiyə edib. Bu, amerikalı konqresmenlərin təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Buraya narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824 milyon dolları və Ermənistanda səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 milyon dolları əlavə etdikdə, ümumilikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur. Amerika Erməni Milli Komitəsi yaydığı məlumatda bundan təəssüfünü bildirib.
URL / WWW
http://kelam.az/article/a-5803.html