Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012”-də Azərbaycanın səsi Səbinə Babayeva olacaq
13.02.12 21:16

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012”-də ölkəmizi Səbinə Babayeva təmsil edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, Heydər Əliyev Sarayında 3 saatdan artıq davam edən Milli final gecəsinin sonunda münsiflər heyəti 5 ifaçı – Orxan Kərimli, Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov və Səbinə Babayevanın çıxışlarını dəyərləndirib. Münsiflərin səsverməsini açıqlayan Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova bu Milli seçim turunun qalibinin Səbinə Babayeva olduğunu bildirib. Maraqlı şou ilə təşkil olunan Milli final gecəsində aparıcılar maraqlı rəqs kompozisiyası, milli rəqqaslarımız qaval rəqsi, xanəndələrimiz “Qarabağ şikəstəsi”, Azərbaycanın “Eurovision-2010” təmsilçisi Safura, “Eurovision-2011”-in qalibləri Eldar və Nigar öz ifaları ilə finalçılarımıza dəstək olub. Milli final gecəsində Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo və Maltanın “Eurovision-2012”-dəki ifaçısı Kurt Kalleya (Kurt Calleja) da çıxış edib.Final şousu Eldar Qasımov, Nigar Camal, Can Bonomo, Kurt Kalleya və digər ifaçıların təqdimatında “Running Scared” mahnısı ilə başa çatıb. Xatırladaq ki, münsiflər heyəti İsmayıl Ömərov (İctimai Teleradionun Baş direktoru), Tünzalə Ağayeva (müğənni), Zümrüd Dadaşzadə (musiqişünas), Zülfiyyə Xanbabayeva (müğənni), Mənzər Nurəliyeva (Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi), Faiq Sücəddinov (bəstəkar), Rauf Babayevdən (bəstəkar) ibarət olub.
URL / WWW
http://kelam.az/article/a-5802.html