Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin AŞPA Seçki Monitorinq qrupunu qəbul etməyib
13.02.12 21:16

Rusiyanın baş naziri Vladimir Putin AŞPA-nın Seçki Monitorinq qrupunu qəbul etməyib. Prezidentliyə namizəd Putin bunu iş qrafikinin sıxlığı ilə əlaqələndirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Montironq qrupu xəbər verib. Monitorinq qrupunun rəhbəri Tiny Kox deyib ki, “görüş Putinin planlarına uyğun olmayıb”. Kox əlavə edib ki, onlar prezidentliyə namizəd digər 4 nəfərlə görüşüblər və Putinin öz reklam kampaniyasını genişləndirmək üçün siyasi təzyiq göstərməsi ilə bağlı iddialar eşidiblər. Koxun sözlərinə görə, namizədlər baş nazir olan Putinin öz seçki kampaniyasında administrativ resurslardan istifadə etdiyindən şikayətləniblər.
URL / WWW
http://kelam.az/article/a-5801.html