Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanın Konstitusiya Məhkəməsi protokolları müzakirə edir
12.01.10 20:23

Ermənistan Konstitusiya Məhkəməsində İrəvanla Ankara arasında İsveçrənin Surix şəhərində imzalanan protokolların Əsas Qanuna uyğun olub-olmadığına dair dinləmələr başlayıb. KƏLAMİNFO xəbər verir ki, məhkəmədə dinləmələr hələlik açıq keçirilir, lakin müvafiq qərar qəbul ediləcəyi təqdirdə iclas fəaliyyətini qapalı şəkildə davam etdirə bilər. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin qapalı iclasında yalnız qurumun üzvü olan hakimlər iştirak edə bilərlər. Burada qərarlar üzvlərin böyük əksəriyyətinin səs çoxluğu ilə qəbul olunur. Məhkəmənin sədri Qaqik Qrutyunyan imzalanan protokolların Əsas Qanuna uyğun olub-olmadığına dair arayış hazırlamağı hakim Vladimir Ovannisyana tapşırıb. Sabah Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan prezidentin nümayəndəsi qismində Konstitusiya Məhkəməsində iştirak edəcək. Hazırda Konstitusiya Məhkəməsinin qarşısında “Daşnaksütyun” partiyası mitinq keçirir. Mitinqdə əsas tələb imzalanan protokolların qanuna zidd olmasına dair qərar çıxarılmasıdır. Mitinqdə partiyanın Ali Orqanının sədri, parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri Armen Rustamyan da iştirak edir. Xatırladaq ki, Ermənistan Konstitusiyasına və “Beynəlxalq müqavilələr haqqında” qanuna əsasən Ermənistan prezidenti imzalanmış beynəlxalq sazişlərin qanuna zidd olub-olmadığını müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə göndərir. Məhkəmənin qərarı prezidentə təqdim olunduqdan sonra o müqavilələri ratifikasiya etmək üçün parlamentə təqdim edir. Bundan sonra Xarici İşlər Nazirliyi ratifikasiya fərmanı hazırlayaraq imzalanmaq üçün prezidentə təqdim edir. Ratifikasiya fərmanına prezident və xarici işlər naziri imza atırlar. Ratifikasiya fərmanları tərəflər arasında mübadilə edildikdən sonra imzalanmış müqavilə qüvvəyə minmiş olur.
URL / WWW
http://kelam.az/article/a-580.html