Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ATİ-nin əməkdaşı İngiltərə universitetinə təkliflər verib
13.02.12 21:16

Azərbaycan Turizm İnstitutunun Beynəlxalq Əlaqələr və Layihələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində (Ueyls, Böyük Britaniya Birləşmiş Krallığı) hər il keçirilməsi planlaşdırılan akademik mübadilə proqramının iştirakçısı olub. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Avropa Birliyinin “Erasmus Mundus Action 2” layihəsi proqramının şərtlərinə əsasən, akademik mübadiləni təşkil etmək hüququ qazanmış müəyyən universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs, təcrübə keçməklə bərabər, tədqiqat aparmaq şansı qazanır. ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində təşkil olunmuş akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramı çərçivəsində qonağı olduğu ali təhsil ocağının tədris və təhsil sistemini öyrənib, universitetlərarası əməkdaşlığın mümkün yollarının müzakirəsində təkliflə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-5797.html