Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat: “Azərbaycan Suriya xalqına qarşı deyil, Suriya rejiminə qarşıdır”
14.02.12 01:16

“Bu gün Azərbaycan-Suriya münasibətlərinin səviyyəsi, əsasən Suriyada baş verən hadisələrdən aslıdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, siyasi ekspert Musa Qasımlı bildirib. Ekspertin fikrincə, Azərbaycan hazırda Suriyada baş verənləri nəzərə alaraq öz vətəndaşlarına qarşı silah tətbiq edən dövlət ilə əməkdaşlıq edə bilməz. “Eyni zamanda məlumdur ki, ölkələrin xarici siyasəti şəxslər üzərində qurulmur. Fikrimcə, Suriya xalqı və Suriya rejimi Azərbaycan üçün ayrı-ayrı anlayışlardır. Azərbaycan Suriya xalqına qarşı deyil, Suriya rejiminə qarşıdır”-deyə M.Qasımlı vurğulayıb. Ekspert deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı növbəti müzakirələr zamanı mövqeyi dünyanın demokratik və qabaqcıl ölkələrinin mövqeyinə yaxın və ya müvafiq olmalıdır. “Əminəm ki, bu, belə də olacaq. Çünki Bəşər Əsəd rejiminin sonu çatıb. Suriyada yeni siyasi həyat qurulmalıdır və qurulacaq”-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5796.html