Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: Beynəlxalq güclər Qarabağ münaqişənin yenidən qızışmasında maraqlı deyillər
14.02.12 02:16

“Bu gün beynəlxalq güclər Cənubi Qafqazda münaqişənin alovlanmamasında maraqlıdırlar. Amma hesab etmirəm onların bu marağı Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməkdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. Vitse-spikerin sözlərinə görə, beynəlxalq güclər açıq şəkildə söyləyirlər ki, onlar münaqişənin yenidən qızışmasında maraqlı deyillər. “Münaqişənin elə o zaman qızışmaması üçün ciddi səylər ortada olsaydı, Ermənistan tərəfindən məsələ qaldırılanda, bunda maraqlı olmadıqlarını ortaya qoysaydılar, heç vəziyyət bu həddə gəlib çatmazdı. Yəni, indi ikili standartların da bir izi də buradan görünür ki, Ermənistan münaqişəni başlayanda hər kəs bunu görməməzliyə vurdu, amma Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün bütün, o cümlədən, hərbi imkanlarından istifadə etmək hüququna malik olduğunu söyləyəndə, təkcə söyləyəndə, bunun yolverilməz olduqları barədə bəyanatlar səslənir və bir çoxları da belə düşünməkdə haqlı olurlar ki, niyə biz Azərbaycana imkan verməliyik bu addımı atmağa?”-deyə B.Muradova vurğulayıb. Vitse-spiker bildirib ki, Azərbaycan bölgədə ən güclü orduya malikdir və ölkənin hərbi büdcəsi 3 milyard yarımı ötüb. “Həm maddi resurslarımız, həm ordunun əhval-ruhiyyəsi, döyüş ruhu, həm də ərazilərimizin işğal altında olması, insanların ürəyində bizə qarşı başlanmış bu ədalətsizliyi aradan qaldırmaq istəyi, bir çoxlarının ürəyində haqlı olaraq mövcud olan qisas hissi imkan verir ki, biz ərazilərimizi öz gücümüz hesabına düşməndən azad və ərazi bütövlüyümüzü təmin edək. Buna da heç kəsin şübhəsi olmasın. Azərbaycan xalqının, ordusunun buna iqtidarı və gücü yetərlidir. Yox əgər yenə də erməni maraqlarını əldə bayraq tutaraq yalnız onun qorunmasını məqsəd kimi qarşılarına qoyan beynəlxalq güclər bizə qarşı növbəti dəfə birləşsələr, onun nəticələrinin nə olacağını bəri başdan söyləmək mümkün deyil”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5795.html