Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Meksikada Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib
13.02.12 21:16

Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib. Meksikadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, məqalədə qeyd edilib ki, Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir. Bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.Daha sonra məqalədə 2011-ci ilin noyabr və dekabr tarixlərində Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən söz açılıb. Bildirilib ki, sözügedən sənədlərə əsasən, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənilib, BMT TŞ-nin qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb edilib. Eləcə də təcavüz nəticəsində iyirmi il öncə fevral ayında Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və soyqırımının baş verdiyi qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-5794.html