Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Gənc Tamaşaçılar Teatrının səhnəsində “Buzovna kəndinin əhvalatları” olacaq
09.02.12 15:40

Gənc Tamaşaçılar Teatrının kollektivi sənətsevərlər qarşısına yeni tamaşa ilə çıxacaq. Sənət ocağından “KƏLAMİNFO”ya verilən məlumata görə, yaradıcı heyət “Buzovna kəndinin əhvalatları” tamaşası üzərində məşqləri başa çatdırıb. Sabah saat 15:00-da səhnə əsərinə ictimai baxış keçiriləcək. “Buzovna kəndinin əhvalatları” xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı novellaları əsasında səhnələşdirilib. Tamaşaya xalq artisti, rejissor Cənnət Səlimova quruluş verib. “Buzovna kəndinin əhvalatları” əsərinin süjet xətti elə kənd hadisələri üzərində qurulub. Bakı kəndlərinin ab-havasını qoruyub saxlayan tamaşada əsas rolları Sərvər Əliyev, Elşən Rüstəmov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Nübar Novruzova, Nəsibə Eldarova canlandırır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası fevralın 18-də və 19-da saat 19:00-da olacaq.
URL / WWW
http://kelam.az/article/a-5792.html