Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT katibliyinin yeni müvəqqəti binasının açılış mərasimi keçirilib
13.01.10 02:23

Nyu-Yorkda BMT katibliyinin yeni müvəqqəti binasının rəsmi açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat verilib. Bina 2012-ci ilə kimi əsaslı təmirə dayanan baş qərargahın şimal hissəsində inşa edilib. İclaslar keçirmək üçün müasir konfrans elektronikası ilə təchiz olunmuş 4 iri zaldan ibarət yeni bana yeni ilin ilk iş günündən işçilərin üzünə açılıb. Yaxın günlərdə baş katib Pan Gi Mun və 270 əməkdaş oraya köçəcəklər. Qeyd edək ki, yeni binanın inşasına 2008-ci ilin mayında başlanıb və 140 mln dollar xərclənib. BMT katibliyinin bütün işçiləri bu binaya yerləşə bilməyəcəyi üçün Nyu-Yorkun Manhetten və Kvins rayonlarında yerləşən 16 ofis kompleksində çalışacaqlar.
URL / WWW
http://kelam.az/article/a-579.html