Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərdə magistraturaya qəbul üçün əlavə sənəd qəbulu komissiyaları yaradılıb
11.02.12 01:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu məqsədilə daha iki sənəd qəbulu komissiyası (SQK) yaradıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Havaların şaxtalı keçməsi nəzərə alınaraq, bakalavrların ərizələrini rahat şəkildə təsdiq etdirmələri üçün TQDK-nın Şəki və Quba regional bölmələrində də SQK-nın yaradılması barədə qərar qəbul edilib. Adıçəkilən komissiyalardan əlavə, respublika üzrə ümumilikdə 37 SQK fəaliyyət göstərir. Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbuluna fevralın 8-dən başlanılıb. Ərizə qəbulu fevralın 17-dək davam edəcək. Bu müddətdə namizədlər “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən elektron imza sertifikatı əldə etmiş bakalavrlar həmin sertifikatlardan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən təsdiqləyə bilərlər. Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq virtual ödəmə kartlarından istifadə ediləcək. Virtual ödəmə kartlarını internet ödəmə və ya SMS vasitəsilə əldə etmək mümkün olacaq. Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.
URL / WWW
http://kelam.az/article/a-5788.html