Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gürcüstanda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərə start verilib
11.02.12 01:40

Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar tədbirlərə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərkəzə toplaşan tələbə-gənclər, ictimaiyyət və KİV nümayəndələri dəhlizdə faciənin qanlı səhifələrini özündə əks etdirən foto-şəkillər, kitablar, eksponatlarla tanış olublar. Tədbirdə çıxış edən AMM İdarə Heyətinin sədri Fazil Həsənov Xocalı soyqırımı ilə bağlı məlumat verib. Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan video-çarx nümayiş etdirilib. Millət vəkili Qənirə Paşayeva AMM-in Xocalı soyqırımı ilə əlaqədar keçirəcəyi tədbirlər çərçivəsində kəndlər, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlərin keçirilməsinin vacibliyinə toxunub. Xocalı faciəsinin gürcü ictimaiyyətinə çatdırılmasının zəruriliyinə diqqət çəkən Q.Paşayeva qeyd edib ki, soyqırımı bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilən cinayətdir. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunub-saxlanılması yönündə apardığı məqsədyönlü fəaliyyətinə görə Azərbaycanlıların Mədəniyyət Mərkəzinə təşəkkür edirəm”–deyə V.Bədəlov bildirib. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı soyqırımını XX əsrdə insanlığa qarşı törədilən vəhşilik adlandırıb. O, qeyd edib ki, bu cinayəti törədənlər öz layiqli cəzasını almalıdır. Norveç Biznes Universitetinin məzunu, Qara dəniz Beynəlxalq Universitetinin doktorantı Aygül İsayeva hələ tələbə ikən Norveç Azərbaycanlılarının Gənclər Təşkilatını yaratdıqlarını və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində müəyyən iş görüldüyünü nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-5786.html