Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Albaniyanın baş nazirini qəbul edib
11.02.12 01:39

Prezident İlham Əliyev bu gün Albaniyanın baş naziri Sali Berişanı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib. Albaniyanın baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu deyib. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan baş nazir bildirib ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib. Görüşdən sonra prezident İlham Əliyev və Albaniyanın baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab veriblər. Sonra prezident İlham Əliyev və Sali Berişa birgə nahar ediblər.
URL / WWW
http://kelam.az/article/a-5784.html