Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
09.02.12 15:09

“Azərbaycan Respublikası adının Şimali Azərbaycan adlandırılması məsələsi diqqətlə düşünülməlidir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Millət vəkili deyib ki, bu kifayət qədər ciddi bir məsələdir və böyük tarixi məsuliyyət tələb edir. “Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu “Şimali Azərbaycan” məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində “Şimali Azərbaycan” adlandırılmalı idi. Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Bu artıq bizim şüurumuzda həkk olunub”-deyə S.Rüstəmxanlı vurğulayıb. Onun sözlərinə görə, istənilən halda Azərbaycanın parçalanmış bir xalq olduğunu bildirmək baxımından indiki respublikanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur. “Amma indiki vaxta buna nə dərəcədə ehtiyac var və bu necə edilməlidir kimi məsələlərin bir az müzakirəsi daha yaxşı olardı”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5781.html