Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
09.02.12 15:08

Ombudsman Elmira Süleymanova Niderlandın Azərbaycandakı səfiri Arjen Peter Uijterlinder, həmin ölkənin Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə eksperti Niko Van der Laanı və nazirliyin Yaxın Şərq, Asiya və Avropa üzrə əlaqələndiricisi Meil Kieli qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. E.Süleymanova insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti və bu istiqamətdə təsisat tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verib. Ombudsman ona verilən yeni səlahiyyətlərlə bağlı qonaqların suallarını cavablandırıb. Müvəkkil MPM qrupunun yaradıldığını vurğulayıb, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə müntəzəm olaraq baş çəkmələrin, monitorinqlərin həyata keçirildiyi bildirib. Qonaqların əhalinin müxtəlif kateqoriyalarının, həmçinin qaçqın və məcburi köçkünlərin, miqrantların, müşayiət olunmayan azyaşlıların, qadınların, etnik və cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı suallarını cavablandıran E.Süleymanova bildirib ki, cinsindən, irqindən, dinindən, milli mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq əhalinin bütün qruplarının hüquqlarının heç bir ayrı-seçkiliyə yol vermədən, insan hüquqları üzrə beynəlxalq hüquqi aktların və milli qanunvericiliyin müddəalarına istinadən müdafiə edilir. Qonaqlar Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətini müsbət dəyərləndiriblər, habelə bu görüşün faydalı fikir mübadiləsi olduğunu vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-5779.html