Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
08.02.12 16:17

Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları ilə bağlı gənc alimlərin xarici ölkələrə göndərilməsi prosesi davam etdiriləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov deyib. Gənclərin xaricə göndərilməsinin onların da maraqlarında olduğunu diqqətə çatdıran A.Həşimov bu məsələnin reallaşması üçün bir sıra şərtlərin olduğunu qeyd edib: “Göndərdiyimiz yerdə, yaxud gənc alimlərin özləri qazandığı xarici elm ocaqlarında onlar üçün şərait yaradılmalıdır. Bundan başqa, Akademiyanın maliyyə imkanları buna imkan verməlidir”. A.Həşimovun sözlərinə görə, buna baxmayaraq, elə tədqiqat işləri var ki, ona görə xaricə gənc alim göndərmək vacibdir: “Məsələn, elə tarixçilər var ki, onlar gedib dünyanın hər hansı bir ölkəsinin arxivində işləməlidir. Elələri var ki, ekspedisiyaya, kitabxanalara getməlidir. Bunun üçün də biz şərait yaratmalıyıq”.Akademik deyib ki, xaricdə doktorantura təhsili almaq üçün müraciətlər var: “Çalışacağıq ki, bu il də göndərək”-deyən A.Həşimov sayın dəqiq məlum olmadığını söyləyib. Onun sözlərinə görə, çalışacaqlar ki, gənc alimlər tələbat olan sahələrə göndərilsin. Qeyd edək ki, prezident İlham Əliyevin 2010-cu ildə “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncam imzalayıb. Məqsəd ölkədə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirməkdir.
URL / WWW
http://kelam.az/article/a-5775.html