Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
08.02.12 15:17

Danmarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və Cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva ölkənin gənclər və idman naziri Christine Antorini ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə “Vətən” Cəmiyyəti barədə nazirə məlumat verən S.Sadiqi əsas məqsədlərinin Danimarka ictimaiyyətini Azərbaycan barədə məlumatlandırmaq olduğunu bildirib. O, Danimarkanın gənclər və idman nazirinə Azərbaycanın tarixi, mədəniyyəti barədə ətraflı məlumat verib, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını qeyd edib. S.Sadiqi həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, ölkə ərazisinin 20%-nin erməni işğalçıları tərəfindən zəbt edildiyini və hazırda Azərbaycanın bu problemi sülh yolu ilə həll etmək üçün göstərdiyi səylərdən danışıb. M.Əliyeva görüşdə Danimarkada yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası prosesi barədə məlumat verib. O, özünün və “Vətən” Cəmiyyətinin sədri S.Sadiqinin Danimarkanın Sosial-Demokrat Partiyasının üzvü olduqlarını nazirin diqqətinə çatdırıb. Görüşdə həmçinin 2012-ci ildə Eurovision beynəlxalq mahnı yarışmasına Azərbaycanın ev sahibliyi edəcəyi barədə danışılıb. C.Antorini danimarkalıların Azərbaycana marağının yüksək olduğunu, buna görə də ölkəyə turist səfərlərinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Nazir azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edib. O “Vətən” Cəmiyyətinin nümayəndələrinə Azərbaycan barədə ətraflı məlumat verdiklərinə görə təşəkkürünü bildirib.
URL / WWW
http://kelam.az/article/a-5772.html