Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
08.02.12 15:17

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ardıcıl olaraq icra edilir. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər yerinə yetirilib və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS) üzvlüyü təsdiq edilib.1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan “COPUOS” kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir. Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü var. Azərbaycanın “COPUOS”-un üzvü təsdiq olunması üçün RİTN respublika rəhbərliyi və aidiyyəti qurumların bilavasitə dəstəyi ilə 2009-cu ildə Komitənin Bakıda seminarını təşkil edib və Komitənin son illərdə keçirilmiş iclaslarında RİTN-in nümayəndələri müşahidəçi kimi aktiv iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-5771.html