Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
08.02.12 16:17

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə XİN-in Twitter-dəki rəsmi səhifəsində məlumat verilir. E.Məmmədyarov konfransda məruzə ilə çıxış edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək. Avropa Xalq Partiyası (EPP) - Ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir.Qeyd edək ki, 39 Avropa ölkəsindən 73 üzvü olan partiya qitənin 20 ölkəsi, o cümlədən Avropa İttifaqına üzv 14 ölkə və Avropa İttifaqına üzv olmayan 6 ölkənin hökumət başçılarını təmsil edir. Əsası 1976-cı ildə qoyulan EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiyadır.
URL / WWW
http://kelam.az/article/a-5770.html