Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MSK bələdiyyə seçkilərində qalib olan namizədlərin statistikasını açıqlayıb
13.01.10 03:21

Mərkəzi Seçki Komissiyası (MSK) ötən il dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində qalib olan namizədlərin statistikasını açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Səsvermə nəticəsində 15591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərdir. Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən 10290-ı, Böyük Quruluş Partiyasının (BQP) namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) namizədlərindən 81-i, Ana Vətən Partiyasının (AVP) namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədlərindən 61-i, Ümid Partiyasının (ÜP) namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyası (VBP) namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyası (SRP) namizədlərindən 5-i, Müsavat Partiyası (MP) namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib.Partiya mənsubiyyətinə görə, səsvermə nəticəsində YAP-ın 10 431, AVP-nin 214, BQP-nin 142, ASRP-nin 133, VHP-nin 115, BAXCP-nin 95, Ümid Partiyasının 43, Kommunist Partiyasının 25, DİP-in 18, AMİP-in 15, VBP-nin 14, Ədalət Partiyasının 13, MMP-nin 5, Müsavat Partiyasının 3, Demokratik Azərbaycan Dünyası Partiyasının 3, KXCP-nin 3, ADP-nin 2, Milli Vəhdət Partiyasının 2, AXCP-nin isə 1 üzvü bələdiyyə üzvü seçilib. Qeyd edək ki, seçkilərdə iştirak edən partiyaların bir sıra üzvləri seçkiyə öz təşəbbüsü ilə qatıldığından partiyanın namizədləri ilə partiya mənsubiyyəti kriteriyalarında fərqli rəqəmlər ortaya çıxır. Yeni seçilən bələdiyyə üzvlərinin 9979-u ali təhsilli, 2711-i orta ixtisas təhsilli, 2825-i orta, 76-sı natamam ali təhsillidir. Cinsi mənsubiyyətinə görə, yeni üzvlərin 11 517-si kişi, 4074-ü qadındır. Yeni üzvlərin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupu arasında, 659-u isə 60 yaşdan yuxarıdır.
URL / WWW
http://kelam.az/article/a-577.html