Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
08.02.12 15:16

“Mən Bakıya olan bu səfərimlə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstəyini ifadə edən salamını gətirmişəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş qərargah rəisi general Necdet Özel bildirb. Generalın sözlərinə görə, bu onun bu vəzifədə Azərbaycana ilk səfəridir və bu səfərdən çoxlu gözləntiləri var. N.Özel bildirib ki, səfər çərçivəsində Azərbaycan-Türkiyə silahlı qüvvələri arasında ciddi müzakirələr, dəyərli danışıqlar gözlənilir. Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdikdən sonra, Şəhidlər Xiyabanını da ziyarət edib əklil qoyublar.
URL / WWW
http://kelam.az/article/a-5769.html